“Başımı neft çəlləyinə soxub təcavüz etdi”backend

“Başımı neft çəlləyinə soxub təcavüz etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, jurnalistlər yezidi qadınlarla İraqın şimalında Baadre, Şeriyə və Kepertu qaçqın düşərgələrində görüşüb.

19 yaşlı Dalia İŞİD-in əlində 9 ay əsir qalıb. İŞİD silahlıları onun yaşadığı kəndə basqın edərək başqa sakinlər kimi liseydə ədəbiyyat üzrə təhsil alan Dalianı da aparıblar: “Bizi Təlafərdə bir məktəbə apardılar. Ora qul bazarı kimi idi. İŞİD əmirlər hər gün gəlib aramızdan birini seçib aparırdılar. Aralarında türklər, almanlar, çeçenlər de var idi. 12-13 yaşında qızları satın alırdılar. Məni də təlafərli bir türkmən satın aldı. Evində arvadı və 3 uşağı vardı.
Beş ay onun yanında qaldım. Bir gün Əbu Mustafa adlı İŞİD əmiri gəlib məni zorla onun əlindən aldı və Aymen adlı çeçen əmirinə satdı. Aymen mənə təcavüz etmədən öncə başımı neft çəlləyinə soxdu, bununla məni təmizlədiyini dedi. Məni evə həbs edib 3 gün təcavüz etdi”.

Bundan sonra dəfələrlə alınıb-satılan Dalia sonunda kərküklü bir ərəb tərəfindən alınaraq Kürdüstana göndərilib. Öncə Kərbəlaya, ordan Bağdada, daha sonra Zahoya aparılıb. Burda isə kürd polislərə təslim edilib. Burda isə atasına qovuşub.

İnterpress.az