Bu sözləri Türkiyənin 11-ci prezidenti Abdullah Gül deyib. O, Azərbaycanın I Avropa Oyunları və digər mühüm tədbirlərə ev sahibliyi edəcəyini xatırladıb: “Bakı tarixi şəhərdir. 19-cu əsrdə neftin tapıldığı önəmli şəhərlərdən biri kimi dünyada böyük şəxslərin diqqətini cəlb edib. Bakı həm də siyasi paytaxtdır və Azərbaycan enerji resursları ilə zəngin ölkədir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft boru xətti yuxu kimi görünürdü. Ancaq reallaşdı. Sonra biz Bakı-Tbilisi-Ərzurum qaz boru xətini reallaşdırdıq. Çəkiləcək TANAP xətti də Azərbaycanı Avropada önəmli enerji mənbəyi olaraq ortaya çıxaracaq. Bakı-Tbilisi-Qars dəmir yol xətti çox önəmli layihədir və bitmək üzrədir. Bunlar Azərbaycan qaynaqlı layihələrdir. Gürcüstan və Türkiyə üzərindən çıxır və bütün Avropaya paylanır. Dünya bu layihələrə çox önəm verir”.
İnterpress.az