Bunu İnterpress.az-a partiyanın Divan üzvü Razim Əmiraslanlı bildirib. Onun sözlərinə görə, Müsavat Partiyası bu ilin fevralında keçirilən görüşdə də iştirak etməyib:”Müsavat Partiyası olaraq iqtidar-müxalifət görüşündə bir çox məsələlərin müzakirəsinin vacibliyini bildirmişdik. Buna görə də ötən dəfə də görüşdə Müsavat iştirak etməmişdi”.
Qeyd edək ki, ikinci görüş may ayında baş tutacaq. Artıq iqtidarın görüş təklifi ilə bağlı bir çox partiyalara məktub göndərilib.
Elnarə
İnterpress.az