Modern.az saytı məsələni dəqiqləşdirmək üçün sözügedən ticarət mərkəzlərilə əlaqə saxlayıb.
“Sədərək Ticarət Mərkəzi”nin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim Modern.az-a açıqlamasında bildirib ki, ticarət mərkəzi tərəfindən hər hansı məhdudiyyət olmayacaq:
“İndinin özündə və oyunlar keçirilən ərəfədə ticarət mərkəzində işlər əvvəlki qaydada davam etdiriləcək. Həm də oyunların əksəriyyətinin axşam saatlarında keçirilməsi nəzərdə tutulduğundan düşünürəm ki, məhdudiyyətə ehtiyac yoxdur”.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bazar adi günlərdə səhər saat 08:00-dan axşam saat 18:00-a qədər işləyir: “Həmin günlərdə də bizim tərəfdən heç bir məhdudiyyət qoyulmayacaq. Düzdür bəzi yollar bağlı olacaq, amma nəzərə alamq lazımdır ki, alternativ yollar da var”.
K.Qədim yalnış informasiya yayanlarıa da müraciət edib: “Bazar gündəlik iş rejiminə davam edəcək. Burada minlərlə insan çalışır. Ticarət mərkəzi həmişəki kimi işləyir və işləyəcək. Bilən də, bilməyən də şaiələr yazır, insanlar arasında çaşqınlıq yaradırlar. Bunu yazanda ən azından düşünsünlər ki, sahibkarların, burda çalışan minlərlə insanın işinə təsir edirlər”.
“Binə” Ticarət Mərkəzinin mətbuat xidməti olmadığından orda çalışan insanlardan məlumat öyrənməyə çalışdıq. Onlar da bildirilər ki, rəhbərlik tərəfindən oyunların keçiriləcəyi günlərdə bazarın bağlı olacağına dair hər hansı informasiya verilməyib.
İnterpress.az