Neftçala təmsilçisi birinci divizionun 26-cı turunda yüksək liqaya vədiqəni təmin edib.
Səfərdə MOİK-lə qarşılaşan Kamal Quliyevin komandası 4:1 hesabı ilə qalib gələrək xalını 68-ə çatdırıb. Bu isə o deməkdir ki, komanda bundan sonrakı oyunların nəticəsindən asılı olmayaraq ilk iki pillədən birini tutacaq.
AFFA İntizam Komitəsinin son qərarına əsasən aşağı dəstədən Premyer Liqaya AFFA-nın lisenziyalaşdırma qaydalarına uyğun gələn və I divizionda müvafiq yerləri tutan iki klub yüksələcək.
Qeyd edək ki, \”Neftçala\” futbol klubu ilk dəfə \”Anşad Petrol\” adı ilə 2004-cü ildə Neftçala rayonunda yaradılıb. Komanda ilk dəfədir ki, yüksək liqaya vəsiqə qazanır.
İnterpress.az