Yol-nəqliyyat hadisəsi mayın 2-də gecə yarısı Moskva-Həştərxan magistral yolunun 300 km-liyində baş verib.
Rusiya Daxili İşlər Nazirliyinin Vilayət üzrə İdarəsinin yaydığı məlumatda bildirilir ki, Moskva tərəfdən hərəkətdə olan “VAZ-2110” markalı avtomobil idarəetməni itirərək, əks hərəkət istiqamətinə keçib və “Daewoo Nexia” markalı avtomobillə toqquşub.
\”VAZ\”-da sükan arxasında olan qadın, onun 23 yaşlı sərnişini və sərnişinin 2 yaşlı qızı, o cümlədən “Daewoo” markalı avtomobilin sərnişini hadisə yerində ölüblər.
“Daewoo”nun sürücüsü və “VAZ-2110” markalı avtomobilin digər iki azyaşlı sərnişini ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.
“VAZ-2110” markalı maşının qadın sürücüsünün 2010-ci il təvəllüdlü oğlu xəstəxanada dünyasını dəyişib.
Hadisənin təfərrüatları araşdırılır.
İnterpress.az