“Boko Haram”ın girov saxladığı qadınlar azad edildibackend

“Boko Haram”ın girov saxladığı qadınlar azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökumət nümayəndələri bildiriblər ki, əməliyyat ölkənin şimal-şərqində – yaraqlıların möhkəmləndiyi Sambis meşə rayonunda aparılıb.

Bununla da həftə ərzində islamçıların əsirliyindən azı 677 qadın və uşaq azad edilmiş oldu.

Məlumatda deyilir ki, yaraqlıların düşərgələrindən birinə hücum zamanı bəzi girovlar hərbçilərə atəş açıblar.

Nigeriya hökuməti bildirib ki, xilas edilmiş qadınlar tibbi müayinədən keçiriləcək, onlardan bəzisi hamilədir, bəzisi psixoloji travma alıb.

«Amnesty International»in hesablamasına görə, 2014-cü ilin əvvəlindən yaraqlılar təxminən 2 min qız-qadını əsir götürüblər.

Son 6 ildə «Boko Haram»ın hücumları nəticəsində Nigeriya və qonşu ölkələrdə 13 minədək insan ölüb, yarım milyon insan evini tərk edib.

İnterpress.az