Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zığ yolunda yerləşən “Azərsun” ASC-yə məxsus Nəqliyyat və Xüsusi Texnika idarəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Yaşar Nizami oğlu Vəliyev “Man” markalı avtomobili təmir edərkən yükqaldırıcının qırılması nəticəsində maşının altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az