Paytaxt metropoliteni idarəsi metronun \”Çarıçino\” stansiyasında bir kişinin öldüyünü bildirir.
Məlumata görə, kişi özünü yaxınlaşmaqda olan qatarın altına atıb.
İnsident Moskva vaxtı ilə səhər saat 06.48-də qeydə alınıb. Parçalanmış cəsədi çıxarmaq asan olmayıb. Bunun üçün qatarların hərəkəti 20 dəqiqə dayandırılıb.
Hazırda həlak olanın şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində iş gedir. Başqa təfərrüatlar açıqlanmır.
İnterpress.az