Qadınlar üçün nəzərdə tutulan reklam çarxı İnternetə yerləşər-yerləşməz kişilərin böyük marağı ilə qarşılaşıb.
Seksual görünüşlü bu bahalı modellər İsveçin H&M geyim brendinin yeni bikini kolleksiyasının reklamında rol alıblar.
Döyüş filmlərini xatırladan reklam çarxının süjeti çox maraqlıdır; dünyanın 4 müxtəlif məkanında olan 4 model qəfil çağırış mesajı alırlar. Onlar bütün işlərini yarımçıq qoyaraq göstərilən yerə tələsirlər. Xanımlar tropik çimərlikdə görüşür və sonra da H&M bikinilərinin reklamına başlayırlar.
\”H&M Summer 2015: Summer starts now!\” adlı reklama çəkilən supermodellər \”xüsusi təyinatlı agent\” statuslu qadınlar rolunda çəkiliblər. Onlar London, Milan, Mayami və Santa-Dominikadan Karib hövzəsindəki adalardan birinə tələsirlər.
Reklam klipinin çəkilişinə 3 milyon avro ayrılıb.
İnterpress.az