İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Masallı rayonu, Hüseynhacılı kəndində (rayon mərkəzindən km 11 aralı) vətəndaşa məxsus ümumi sahəsi 396 kv.m olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə, 2-ci mərtəbədə üç otağın yanar konstruksiyaları və ev əşyaları 70 kv.m sahədə yanmıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az