Sabir Rüstəmxanlı Vəfa Quluzadənin vəfatı ilə əlaqədar başsağlığı verdibackend

Sabir Rüstəmxanlı Vəfa Quluzadənin vəfatı ilə əlaqədar başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başsağlığında deyilir: “Azərbaycanın görkəmli dövlət xadimi, politoloq, Xəzərətrafı Dövlətlərin Siyasi Tədqiqat Fondunun prezidenti, sabiq dövlət müşaviri Vəfa Quluzadənin qəflətən dünyasını dəyişməsi bütün Azərbaycan vətəndaşları, dostları kimi məni də dərindən sarsıtmışdır.

Bütün varlığıyla torpağına bağlı olan, böyük vətənpərvər Vəfa Quluzadə icra etdiyi vəzifənin məsuliyyətini anlayan, yüksək peşəkarlığı ilə böyük şöhrət qazanmış şəxsiyyətlərdən biri idi. Hələ Sovet dövründə Azərbaycanın azsaylı diplomatlarından biri kimi SSRİ-ni xarici ölkələrdə təmsil edən V.Quluzadə zəngin diplomatik və siyasi təcrübə toplamışdı və öz təcrübəsini, biliyini sonadək Azərbaycan naminə sərf etdi.

Cəsarətli və vətənpərvər çıxışları ilə istənilən auditoriyanı ələ ala bilən bu nadir şəxs yeri gələndə Azərbaycanın milli maraqları üçün riskə getməyi də bacarırdı. O, illər uzunu qazandığı nüfuzu, dövlətçilik təcrübəsini, böyük Azərbaycan sevgisini ömrünün son gününə qədər qoruyub saxlaya bildi. Ona görə də Vəfa Quluzadənin itkisi təkcə bir ailənin deyil, millətin, dövlətin itkisidir və onun yeri hər zaman görünəcəkdir.

Böyük ziyalılar yetişdirmiş bir ailənin övladı olan Vəfa Quluzadənin vəfatından kədərləndiyimi bildirir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm\”.

İnterpress.az