Ancaq bunun üçün Ermənistan tərəfi təhlükəsizliyin təmin edilməsini istəyir.
İnterpress.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Armen Aşotyan Ermənıstan mətbuatına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Beynəlxalq Olimpiada Komitəsindən dəvət alıblar: “Biz müsbət cavab vermişik. Bildirmişik ki, yığmamız Bakıda keçiriləcək olimpiadada iştirak etmək istəyir. Amma bunun üçün ilk növbədə təhlükəsizliyimizin təmin edilməsinə dair təminat almalıyıq. Əgər getsək nümayəndə heyətini mən müşayət edəcəyəm”.
İnterpress.az