Sabir Rüstəmxanlı: “Hamının gözü Diaspor Komitəsindədir”backend

Sabir Rüstəmxanlı: “Hamının gözü Diaspor Komitəsindədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Modern.az saytına Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, deputat Sabir Rüstəmxanlı Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini şərh edərkən deyib.

O bildirib ki, Diaspor Komitəsi ilə DAK arasında normal münasibətlər var:

“Komitənin işini bütövlükdə yüksək qiymətləndirirəm. Onların da digər qurumlar kimi həm yaxşı, həm də işlərinin axsadığı yerlər var. Komitə ilə bizim münasibətlər yaxşıdır. Həmişə əməkdaşlıq şəraitində fəaliyyət göstərmişik. Həm onlar, həm də biz bir-birimizin müraciətlərinə sayğı ilə yanaşmışıq. Əlbəttə, bəzi narazılıqlar olur. Xüsusən də ölkədən kənarda. Amma Diaspor Komitəsinin hansı çətin şəraitdə işlədiyini biz yaxşı bilirik”.

Sabir Rüstəmxanlı xaricdəki diaspor təşkilatlarının öz problemlərinin olduğunu da vurğulayıb:

“Komitənin hansı problemlərlə üz-üzə olduğunu çox yaxşı bilirik. Azərbaycandan, İrandan və Türkiyədən gedənlərin bir yerdə birləşməsi və işləməsi uzun vaxt istəyir. Gedənlərin bir çoxu maddi imkansızlıq şəraitində yaşayırlar. Bizim komitənin yunan və erməni diasporu kimi maddi imkanları yoxdur. O mənada hamısının gözü Diaspor Komitəsindədir. Hamının isə tələblərinə cavab vermək çətindir. Amma komitə mümkün qədər öz imkanları daxilində işləyir. Hesab edirəm ki, komitə bir sıra məsələlərdə daha çevik hərəkət etməlidir”.

İnterpress.az