Prezidentin dayısı “Taliban”la gizli görüşdübackend

Prezidentin dayısı “Taliban”la gizli görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, görüşdə ictimai fəallar da iştirak edib. Bağlı qapılar arxasında keçən görüş tərəflər arasında danışıqlar prosesinin başlanğıcı hesab edilir.

“Görüş faydalı və maraqlı keçdi. Belə təmaslar müxtəlif siyasi qüvvələri bir-birinə yaxınlaşdırır” deyə taliblərin nümayəndə heyətinin rəhbəri Məhəmməd Abbas Stanikzay bildirib.

Taliblərin görüş zamanı seçkilərdə iştirakla bağlı məsələ qaldırdıqları barədə məlumatlara da münasibət bildirilib. Hökumətin adının çəkilməsini istəməyən nümayəndəsinin sözlərinə görə, taliblər seçki sözünü dillərinə gətirməyiblər: “Amma deməsələr də bunu nəzərdə tutublar”.

Görüşə “Taliban”ın 8 nümayəndəsi, eləcə də “Hizbi-İslami”nin təmsilçisi qatılıb. Hökuməti təmsil edənlər arasında isə Əfqanıstan prezidenti Əşrəf Qəninin doğma dayısı Qəyum Kocayi də olub. Görüş olduqca gizli şəraitdə hazırlanıb və keçirilib. Mətbuata məlumat ancaq bazar günü keçirilən görüşdən sonra verilib.

İnterpress.az