Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 46 yaşlı Murat Negiz vergidən yayınmaqda təqsirli bilinir. Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
APA-nın əldə etdiyi məlumata görə, Murat Negiz Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub, şirkət direktoru kimi fəaliyyət göstərib.
Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.
Onların hamısı vergidən yayınmada ittiham olunur.
İnterpress.az