Havanın temperaturu gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 6-da arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 6-8-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
İnterpress.az