İnterpress.az-a daxil olan məlumata görə, növbəti mitinqin mayın 17-də keçirilməsilə bağlı ilkin müzakirələr aparılıb.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov da məlumatı İnterpress.az-a təsdiqləyib: “Mitinqin mayın 17-də keçirilməsi ilə bağlı bu gün müzakirə aparılıb. Ancaq hələlik qəti qərar verilməyib. Qərar Koordinasiya Mərkəzinin iclasında qəbul ediləcək”.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mayın 3-də keçirməyi nəzərdə tutduğu mitinqə icazə verməmişdi.
Elnarə
İnterpress.az