Müxalifət iqtidarla Avropa Oyunlarını müzakirə edəcəkmi?backend

Müxalifət iqtidarla Avropa Oyunlarını müzakirə edəcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az saytı bu sualla bağlı partiya sədrlərinə müraciət edib.

Azərbyacan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə :

“Görüşdə iştirak etmək üçün dəvət almışıq. Bizə öncə görüşün mayın 12-si və 16-sı tarixləri arasında olacağı deyilmişdi. Sonradan bildirildi ki, görüşün vaxtı dəqiqləşdiriləcək.

Mətbuatdan isə oxudum ki, format dəyişdirilib. Azərbaycanda fəaliyyət göstərən, qeydiyyata alınan və alınmayan bütün siyasi təşkilatlar ora dəvət olunub. Görüşdə I Avropa Oyunları məsələsi müzakirə olunacaq. Belə olduğu halda bu dəyirmi masa olacaq. Dəyirmi masanın ayrı-ayrı xətləri olur.

Biz axırıncı görüşdə reqlament müəyyənləşdirdik ki, əvvəlki format olduğu kimi qalsın. Ona görə də I Avropa Oyunları bağlı görüş yox, dəyirmi masa olacaq. Çünki biz qərar verdik ki, birinci format dəyişməsin. Yəni görüşdə 17 təşkilat birmənalı şəkildə iştirak etsin.

Görüşə iştirak edib-etməyəcəyimizi deyə bilmərəm. Bu məsələni partiyada müzakirə etməliyik. Partiya nə qərar qəbul etsə, o olacaq”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə:

“Hələ ki dəvət almamışıq. Amma dəvət olunsaq, birmənalı şəkildə görüşə gedəcəyik. Biz I Avropa Oyunlarını dəstəkləyirik. Hesab edirik ki, oyunların keçirilməsi Azərbaycanın yaxşı şanslarından biridir. Bundan istifadə etmək lazımdır. Amma bu məsələnin iqtidar və müxalifət arasında müzakirə predmeti olacağını deyə bilmərəm”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər:

“Dəvət gəlməyib. Əgər dəvət gəlsə, bu məsələ partiyada müzakirə olunacaq”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Görüşdə iştirak etmək üçün dəvət almamışıq. Əgər əvvəlki format dəyişməyibsə, dəvət gəlməlidir. Dəvət gəlsə gedəcəyik. Bilmək istəyirik ki, hökuməti Avropa Oyunları bağlı nə narahat edir, bu oyunlarla bağlı nə kimi dəstək verə bilərik. Çünki I Avropa Oyunları iqtidar tədbiri deyil. Bu dövlət tədbiridir. Bu tədbirin millətin və dövlətin maraqlarına uyğun keçirilməsi hamımızı maraqlandırmalıdır.

Oyunlarla bağlı məsələ müzakirəyə çıxarılsa, biz də öz tərəfimizdən oyunların yüksək səviyyədə keçirilməsi üçün atılmalı olan zəruri addımları müxalif mövqeyindən izah edəcəyik”.

İnterpress.az