İnterpress.az xəbər verir ki, səfirlik əməkdaşlarına Qələbə nişanı və Stalinin büstü təqdim edilib. Ancaq səfirlik nümayəndələri Stalinin büstünü götürməkdən imtina ediblər.
Aksiyanın təşkilatçılarından biri olan, Moskva kommunistlərinin lideri Valeri Raşkin məlumatı təqsdiqləyib: “İnsanlar “Vətən uğrunda, Stalin uğrunda” deyərək getdilər və qalib oldular”.
Səfirliyin yaydığı açıqlamada isə aksiyada əsasən yaşlıların iştirak etdiyi bildirilib. Onlar əllərində partiyanın bayrağını və “Almaniya, faşizmə qarşı ayağa qalx” yazılan plakatlar daşıyıb.
İnterpress.az