20, 188, 53 nömrəli marşrut avtobuslarının xətləri ləğv olunub: “Təkmilləşdirmə işləri ilə əlaqədar olaraq, 14 saylı marşrut xətti 24, 90 saylı marşrut xətti 83, 86 nömrəli marşrutu xətti isə 29 saylı marşrut xətti ilə əvəz olunub”.
Bundan başqa, 124 saylı marşrutun hərəkət sxemi isə “20-ci sahə” adlanan əraziyə qədər uzadılıb.
“2 və 193 və saylı marşrut xətti şəhərin mərkəzindən çıxarılıb. 70 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib. 95 saylı marşrut xətti “Xətai” metro stansiyasına qədər qısaldılıb”.
120 saylı marşrut xəttinə yeni avtobuslar buraxılıb.
Qurum rəsmisi əlavə edib ki, bu cür təkmilləşdirmə işləri yaxın günlərdə də davam etdiriləcək.
“Ola bilsin Bakı avtovağzalı, Ziya Bünyadov prospekti istiqamətində də müəyyən dəyişikliklər olsun. Biz bu barədə növbəti günlərdə ictimaiyyətə əlavə məlumat verəcəyik”.