İnterpress.az xəbər verir ki, dünyanın ən ağıllı insanlarından biri olan Albert Eynişteyn 1955-ci ildə vəfat edib. Ölümündən əvvəl isə “Heç kəs sümüklərimi ziyarət etməsin” deyərək cəsədinin yandırılmasını istəyib.
Bu istək yerinə yetirilib və onun külü ABŞ-dakı Delavare çayına atılıb. Daha sonra cəsədin beyni və gözlərinin üstündə olmadığı aydın olub.
Məlum olub ki, cəsədin saxlandığı xəstəxanaya icazəsiz daxil olan pataloq Tomas Harvey Eynişteynin beyninin bir hissəsini götürüb.
2011-ci ildə muzeyə gətirilən beyin 46 beyin dilimindən ibarətdir.
İnterpress.az