İnterpress.az xəbər verir ki, hökumət binası qarşısında etiraz aksiyaları başlayıb. Qarşıdurmada polislər də daxil olmaqla 55 nəfər yaralanıb. 20 nəfər saxlanılıb.
Müxalifətdə olan Makedoniya Sosial Demokratlar Birliyinin başqanı Zoran Zaev mətbuat konfransı keçirərək hadisənin 2011-ci ildə baş verdiyini bildirib. Müxalifət liderinin sözlərinə görə, hökumət Martin Neşkovskinin polis tərəfindən öldürülməsini gizlədib. Olayla bağlı bəzi audioyazıları mətbuata açıqlayan müxalifət liderinin çıxışından sonra minlərlə insan hökumət binası qarşısında toplaşıb. Binanın pəncərələri sındırılıb.
Ölkəni qarışdıran audioyazıda baş nazir Nikola Qruevski, daxili işlər naziri Qordana Yankulovska, nazirliyin sözçüsü İvo Koteski, baş nazirin mətbuat katibi Martin Protuqyerin səsi olduğu bildirilir.
22 yaşındakı Martin Neşkovski 2011-ci ildə seçkilərdən sonra DİN-in xüsusi təyinatlısı İqor Spasov tərəfindən öldürülüb. Spasov 14 il həbsə məhkum edilib. Nazirlik isə Spasovun hadisə baş verən gecə iş başında olmadığını bildirib. Nazirliyə qarşı o zaman da etiraz aksiyaları keçirilib. Ancaq hadisə ilə bağlı baş nazir və digər rəsmilər arasında danışıqlar 4 il sonra üzə çıxıb.
İnterpress.az