Nəşriyyat bununla nüfuzunu böyük risk altına aldığını bildirib.
Almanyanın paytaxtı Berlində fəaliyət göstərən “Berlin Story Verlag” nəşriyyatında hazırlanan 96 səhifəlik fotoalbom “Armin Fuhrer” imzası ilə yayılıb. Uşaqlıq şəkilləri ilə yanaşı albomda Hitlerin Almaniyada rəhbərliyə gəlməsindən İkinci Dünya Müharibəsində uduzduğu zamana qədər bir çox dönəmlərdə olan fotoları yer alıb.
Hitlerin Almaniyada nəşri qadağan edilən “Mənim mübarizəm” kitabı da 1945-ci ildən sonra ilk dəfə bu il nəşr olunacaq. Kitabın nəşr haqları Bavyera Əyalətinə məxsus idi, əyalət isə kitabın nəşrinə icazə vermirdi. Ancaq kitaba qoyulan qadağa 2015-ci ildə başa çatır.
Münix Modern Tarix İnstitutunun hazırladığı kitab 2 min səhifədən ibarətdir. Bunun 780 səhifəsi Adolf Hitler tərəfindən qələmə alınan mətnlərdir.
İnterpress.az