İnterpress.az xəbər verir ki, cinayətlə əlaqədar aralarında 19 polisin də olduğu 49 adam mühakimə olunub.
Xatırladaq ki, mart ayında 27 yaşındakı qadın polislərin gözləri qarşısında daş və çubuqlarla döyülüb bir evin damından yerə atılmışdı. Daha sonra üzərindən avtomobillə keçilən qadının cəsədi yandırılaraq Qabil çayına tullanmışdı.
Cənazə adətlərin əksinə qadınların çiyinlərində daşınaraq dəfn edilmişdi. Fərhundənin günahsız olduğu isə ölümündən sonra daxili işlər naziri tərəfindən açıqlanmışdı.
“Taliban” da \”Quran”ı bəhanə edərək günahsız qadını öldürənləri qınadığını bildirmişdi.
Əvvəllər də Əfqanıstanda “Quran-ı Kərim”in yandırılması iddiası ilə başlayan şiddət hadisələri baş vermişdi. 2012-ci ildə ABŞ-ın nəzarətində olan Baqram həbsxanasında “Quran-i Kərim” nüsxələrinin yandırıldığı iddiası ilə əlaqədar ölkə səviyyəsində etiraz aksiyaları baş vermiş, 30 adam həyatını itirmişdi.
İnterpress.az