İnterpress.az xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi açıqlamasında “Ədalət Üçün Mükafat” (Rewards for Justice) proqramı çərçivəsində İŞİD liderlərindən Abdulrahman Mustafa əl- Kaduli üçün 7 milyon dollar, Əbu Məhəmməd əl- Adnani və Tarkan Tayumurazoviç Batiraşvili üçün 5 milyon dollar, Tarık Bin əl- Tahar Bin əl- Falih əl- Avni əl-Harz üçünsə 3 milyon dollar mükafat veriləcəyini bildirib.
Açıqlamada Kadulinin ilk olaraq İraq “Əl-Qaidə”sinə qatılmış yüksək rütbəli İŞİD üzvü, Adnaninin İŞİD-in rəsmi spikeri, Batiraşvilinin Suriyanın şimalında döyüşən İŞİD komandiri, Harzinin isə təşkilatın Türkiyə-Suriya sərhəd bölgəsindəki lideri olduğu bildirilib.
İnterpress.az