Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hökmə əsasən, Fərəc Kərimov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib”.
Fərəc Kərimov iyulun 23-də həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir. Onun iyulun 17-də tutulan qardaşı Sirac Kərimliyə də eyni ittiham irəli sürülüb. Tutulan vaxt Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub, bloqçu fəaliyyəti göstərib. Həbsdə olduğu vaxt isə Müsavat başqanının müavini təyin edilib. Fərəc və Sirac qardaşlarının müdafiəçiləri həbsləri siyasi motivlərlə bağlayır. Fərəc Kərimov Bakı İstintaq Təcridxanasında saxlanır.
İnterpress.az