Təhvil-təslimdə “Azadlıq” radiosunun Bakı bürosunun baş redaktoru Zeynal Məmmədli iştirak edib.
Prokurorluq əməkdaşları ötən il dekabrın 26-da “Azadlıq” radiosunun Bakı ofisində axtarış aparıb, elə həmin gün də ofisi möhürləmişdilər.
Həmin axtarış zamanı götürülən sənəd, avadanlıq və radionun rəsmi möhürü hələ ki qaytarılmayıb.
“Azadlıq” radiosunun Bakı bürosu son 10 ilə yaxın müddətdə C.Cabbarlı, 44 ünvanında – «Caspian Plaza»da yerləşirdi.
«Caspian Plaza»nın rəhbərliyi aprelin 30-da icarə müqaviləsinə xitam verildiyini bildirib və ofisdən əşyaların çıxarılmasını xahiş edib.
İnterpress.az