İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, 1 saat liftdə qalan Gülən yaxın adamlarının ona sui-qəsd təşkil etdiyini düşünüb.
Məlumata görə, malikanədə Fətullah Gülən üçün 2 özəl lift qoyulub. Hadisə isə onun iki yaxın adamı ilə bərabər mindiyi bir liftdə baş verib. Malikanədə işləyənlər Gülənin liftdə qaldığını görüb kömək etməyə çalışsalar da ancaq 1 saaat sonra o, liftdən çıxa bilib.
Baş verən hadisəni özünə qarşı sui-qəsd kimi dəyərləndirən Fətullah Gülən təcili surətdə evdəki texniki avadanlığa baxış keçirilməsini əmr edib.
İnterpress.az