Müsavat qərargahı qarşısında aksiyabackend

Müsavat qərargahı qarşısında aksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, aksiyaya çağırış sosial şəbəkələrdə yayılıb və Vurğun Əyyubun partiyadan çıxarılmasınə qarşı yönəlib.

Aksiya zamanı “İstefa!”, “Müsavat ailə partiyası deyil!”, “Müsavat xalqın partiyasıdır!”, “Növbədənkənar qurultay çağırılsın!” şüarları səsləndirilib.

Aksiya iştirakçıları Müsavat başqanı Arif Hacılıdan və sabiq başqan İsa Qəmbərdən repressiyalara son qoyulmasını tələb edib. Həmçinin Ədliyyə Nazirliyindən qurultayın nəticələrinin ləğvi tələb olunub.

Aksiyanın qətnaməsi partiya rəhbərliyinə təqdim edilib.

Elnarə
İnterpress.az