Sabir Rüstəmxanlı: “Güneyli quzeyli ayırması milli işə xəyanətdir”backend

Sabir Rüstəmxanlı: “Güneyli quzeyli ayırması milli işə xəyanətdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, “Yeni Müsavat”a müsahibəsində qeyd edib ki, Sabir Rüstəmxanlı əslində DAK-ın həmsədri olsa da, qurumun siyasətini tək müəyyən edir:

“Onun ətrafında cəmi 3 güneyli var. Qalan hamısı güney məsələsindən xəbərsiz, bu məsələdə heç bir xidməti olmayan quzeydən olan təsadüfi şəxslərdir. Onların vasitəsilə Sabir Rüstəmxanlı özünü dördüncü dəfədir həmsədr seçdirir.

Sabir Rüstəmxanlı bu quruma həmsədr gətiriləndən bir daşı qaldırıb o biri daşın üstünə qoymayıb. Biz onu həmsədr gətirəndə düşündük ki, o, millət vəkilidir, milli adamdır, bu işi qabağa aparar, güneylilərin ən azı Azərbaycanda status alması üçün Milli Məclisdə məsələ qaldırar”.

DAK-ın həmsədri, deputat Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında bildirib ki, Əjdər Tağızadənin dediyi heç bir fikrə münasibət bildirmək istəmir:

“Əjdər bəy indiyə kim konqresin ən böyük təbliğatçısı idi. Çünki konqresin idarə heyətinin üzvü, daimi şuranın sədri idi. Hazırda daimi şuradan çıxarılıb, idarə heyətindən isə istefa verib. Ondan sonra onun bu cür danışması qeyri-ciddidir. Ona görə də onun nə deməsi məni qətiyyən maraqlandırmır. Mən onun heç bir fikrinə münasibət bildirmək istəmirəm. O, artıq konqresin idarə heyətinin üzvü deyil. Bu səbəbdən də onun dediyi bütün fikirlər qərəzli olacaq.

Onun dediklərinin hamısı qeyri-ciddi söhbətlərdir. Nə deməyindən asılı olmayaraq münasibət bildirmək istəmirəm”.

Sabir Rüstəmxanlı əlavə edib ki, konqresin ətrafında kifayət qədər güneyli var. Güneyli quzeyli ayırması isə milli işə xəyanətdir.

İnterpress.az