“Cənub Qaz Dəhlizi”nin tikintisi nəzərdə tutulan qrafiki qabaqlayır”backend

“Cənub Qaz Dəhlizi”nin tikintisi nəzərdə tutulan qrafiki qabaqlayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Almaniyanın “Sputnik” nəşrinə bildirib.

Nazirin sözlərinə görə, hazırda inşası davam etdirilən Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) Cənubi Qafqaz Boru Kəmərinin davamı olaraq İtaliya sərhədinə qədər uzanacaq Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) birləşəcək: “Bu işlər 2019-cu ilə qədər yekunlaşacaq. Hədəfimiz həmin il Türkiyəyə 6 milyard kubmetr qaz tədarük etməkdir. 2020-ci ildə isə Avropaya 10 milyard kubmetr həcmində qaz çatdıracağıq”.

N. Əliyev əlavə edib ki, bu kəmər Avropa üçün alternativ təbii qaz mənbələrini təmin edəcək: “Lakin bu, Avropa İttifaqı ölkələri tərəfindən alınan Rusiya qazının həcmi ilə müqayisə olunası həcmdə deyil. Avropa İttifaqı enerji resurslarının idxalını diversifikasiya edəcəyinə ümid edir. Hazırda Avropanın ümumi istehlakının təxminən 1/3-i Rusiya qazının payına düşür və onlar bu asılılığı azaltmaq istəyirlər”.

İnterpress.az