Kişilərin qadınlarda xoşladığı 7 davranışbackend

Kişilərin qadınlarda xoşladığı 7 davranış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, qadınların 7 davranışı kişilərdə onlara qarşı sevgini daha da artırır.

1.Ona sevginizi göstərin.

Bu o demək deyil ki, hər kəsin yanında onun boynuna atılasız, amma onun əlini tuta, qoluna girə bilərsiz. Bu, onun özünü sizə daha yaxın hiss etməsinə səbəb olar.

2.Dostlarınızla bərabər olarkən ona mesaj göndərin.

Bəzi kişilər sevdiyi qadının başqaları ilə vaxt keçirməsinə icazə vermir. Bu, çox zaman qısqanclıqla bağlı olsa da, bir çox hallarda kişi qadının onsuz müdafiəsiz durumda qala biləcəyini düşünür. Əgər dostlarınız yanınızdaykən ona mesaj göndərib hal-əhval tutsanız, onu bir an belə yaddan çıxarmadığınızı düşünəcək.

3.Ona qulaq asmanız.

Kişilər danışdıqları zaman onlara həqiqətən qulas asacaq birinə ehtiyacları var. Ona diqqətlə qulaq asıb sözlərinizə nə qədər önəm verdiyinizi göstərin.

4.Maşın sürərkən onunla təmasda olmaq.

Kişi maşın sürərkən qadının onun qoluna yavaşca toxunması, əli ilə saçlarını qarışdırması onun çox xoşuna gələcək. Amma bu zaman çalışın diqqətini dağıtmayasınız.

5.Ona qiymət verdiyinizi söyləyin.

Kişilərin onlara dəyər verən qadına ehtiyacı var. Bunu ona söyləməniz kişini həqiqətən xoşbəxt edər.

6.İlk mesajı siz göndərin.

Kişilər də qadınlar kimi özlərinə qarşı diqqət və qayğı istəyirlər. İlk mesajı onun göndərməsini gözləmədən siz ona mesaj göndərin.

7.Başınızı sinəsinə söykəyin.

Kişilər özlərini qoruyucu kimi görmək arzusundadır. Televizor qarşısında oturduğunuz zaman başınızı onun sinəsinə söykəyin. Bu həm onu, həm də sizi xoşbəxt edər.

İnterpress.az