Bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M. Qurbanlı bildirib ki, aparılan profilaktik işlər, xüsusilə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər bu sahədə sabitliyin tam bərqərar olmasına gətirib çıxarıb.
\”Azərbaycanda dini radikalizmin ayrı-ayrı elementləri nəzərə çarpsa da, bu, ictimai, siyasi, mənəvi həyata təsir etmək imkanında deyil\”, – deyə M. Qurbanlı qeyd edib.
O, Avropa Oyunlarının Azərbaycan üçün tarixi, psixoloji, siyasi, iqtisadi və mənəvi əhəmiyyəti olduğunu vurğulayıb: \”Bu oyunların ilk dəfə Azərbaycanda keçirilməsi hər bir vətəndaş üçün qürurverici hadisədir. Avropa Oyunlarının bizim ölkədə keçirilməsi eyni zamanda bizi istəməyən, bizə qarşı olan hansısa dairələrə, o cümlədən bizimlə düşmənçilik edən Ermənistan və erməni lobbisinə qarşı ideoloji əhəmiyyət kəsb edən hadisədir\”.
M. Qurbanlının sözlərinə görə, Azərbaycanda dini sabitliyi pozacaq hər hansı qrup, cərəyan mövcud deyil: \”Avropa oyunları yüksək səviyyədə keçiriləcək, bu oyunları pozmaq cəhdində bulunanların hansısa cəhdi baş tuta bilməz\”.
İnterpress.az