Artıq bu tətbiqdən istifadə edənlərin bütün hərəkətlərini anbaan izləmək mümkün olacaq.
\”WhatsDog\” adlı yeni tətbiq \”WhatsApp\”la sinxronlaşdırılıb. Ancaq buna baxmayaraq tətbiq \”WhatsApp\”ın məhsulu deyil. Yeni tətbiq insanlar arasında inam hissini daha da azalda bilər.
Belə ki, \”WhatsDog\” istifadə edən şəxsin \”WhatsApp\”da nə zaman olduğu və nə qədər vaxt keçirdiyini bilmək mümkün olacaq.
Bu isə mavi xəttdən sonra ailələrdə söz-söhbətin yaranmasına səbəb ola biləcək ikinci yenilik kimi qiymətləndirilir.
Tətbiqdən istifadə cütlüklər arasında bir növ hesabat xarekteri daşıyacaq. Yəni sevdiyiniz insanın bu gün saat neçədə və nə qədər \”WhatsApp\”da vaxt keçirdiyini asanlıqla bilmək imkanına sahib olacaqsınız. Təbii ki, bu hal heç də hər kəsin ürəyincə deyil.
Qeyd edək ki, \”WhatsDog\” hələlik yalnız rəsmi olaraq Android cihazlar üçün istifadəyə verilib.
İnterpress.azhttps://youtube.com/watch?v=Wau9cepmJYM