Türkiyədə Heydər Əliyev parkının açılışı olubbackend

Türkiyədə Heydər Əliyev parkının açılışı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mersin vilayətinin Tarsus rayonunda Heydər Əliyev Parkının və onun şərəfinə ucaldılan abidənin açılışı münasibətilə təntənəli mərasim keçirilib.

Mərasimdə Türkiyənin Mersin vilayətinin valisi Özdemir Çabaçak, Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamaz, Tarsus bələdiyyəsinin sədri Şövkət Can, eləcə də hər iki ölkənin elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri, QHT rəhbərləri, tələbələr və digər şəxslər iştirak ediblər.

“Biz yaradılışdan qardaş olan bir millətik; eyni soydan, eyni boydan gəlirik”, – deyə Tarsus bələdiyyəsinin sədri çıxışında səsləndirib.

Mərasimdə iştirak edən nümayəndə heytənin tərkibində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Xətai rayon bələdiyyəsinin sədri Teymur Məmmədov və jurnalist Vüqar Rəhimzadə yer alıb.

Azərbaycanlı nümayəndə heyəti qardaş ölkə nümayəndələri üçün apardıqları müxtəlif hədiyyələri təqdim ediblər.

Qeyd edək ki, Bakının Xətai rayonu ilə Türkiyənin Mersinin Tarsus rayonu 2007-ci ildə qardaşlaşıb.

Türkiyədə Heydər Əliyev parkının açılışı olub

İnterpress.az