Milli Məclisin iclası təxirə salınıbbackend

Milli Məclisin iclası təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib.

Növbəti plenar iclas mayın 15-də keçiriləcək. Akif Təvəkküloğlu plenar iclasın təxirə salınmasının səbəbləri barədə də danışıb:
“Milli Məclisin deputatlarının bir hissəsi ayrı-ayrı ölkələrdə ulu öndər Heydər Əliyevlə bağlı keçirilə təbdilərdə iştirak edəcəklər. Həm də ola bilsin ki, gündəliyə yeni məsələ daxil olsun”,-deyə o bildirib.

Qeyd edək ki, Milli Məclisin mayın 8-nə nəzərdə tutulan iclasının gündəliyinə 5 məsələ daxil edilmişdi: \”Reklam haqqında\”, \”Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında\”, \”Qiymətli kağızlar bazarı haqqında\” qanunlara və Mülki Məcəlləyə dəyişiklik edilməsi, \”Vətəndaşların müraciəti haqqında\” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi gündəliyə salınmışdı.

İnterpress.az