“DAK ətrafında yeni qalmaqal yaratmaq cəhdi var”backend

“DAK ətrafında yeni qalmaqal yaratmaq cəhdi var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurultayın iştirakçıları arasında olan tanınmış ziyalılar İnterpress.az-a açıqlamalarında iradların əsassız olduğunu bildiriblər.

Professor Firudin Ağasıoğlu DAK-ın budəfəki qurultayında qonaq qismində iştirak etdiyini və müzakirələrdən razı qaldığını bildirib: “Mən DAK-ın əvvəlki qurultaylarında da olmuşam. Sonuncu qurultay həm təşkilatçılıq, həm də müzakirələr baxımından yüksək səviyyədə keçdi. Orda Azərbaycanın ziyalıları, siyasətçiləri, DAK fəalları iştirak edirdi. Ona görə də qurultayla bağlı belə fikirlər səsləndirmək ən azından insafsızlıqdır”.

DAK İdarə Heyətinin üzvü və Güney Azərbaycan nümayəndəsi Babək Muğanlı isə qurumla bağlı səsləndirilən fikirlərdən irançıların məharətlə istifadə etdiyini vurğulayıb: “Belə müzakirələr xalqımız xeyrinə deyil. Bütün iştirakçılar, mətbuat qurultayın yüksək səviyyədə keçirildiyinin şahidi olub. Budəfəki qurultay əvvəlkilərdən daha güclü isi. İrana işləyən bəzi qüvvələr iradlardan öz məqsədləri üçün istifdə edir. DAK-ın Güneylə bağlı tədbir keçirmədiyini iddia edənlər özləri ötən il keçridiyimiz tədbirlərdə azı yarım saat çıxış ediblər. Buna görə də hansısa fikri səsləndirəndə onu daha dərindən düşünmək lazımdır”.

AMEA-ını şöbə müdiri, professor Sakit Hüseynov da DAK ətrafında yenidən qalmaqal yaradılmaq cəhdinin olduğunu bildirib: “Mən mətbuatda DAK və Sabir Rüstəmxanlı ilə bağlı Əjdər Tağızadənin fikirlərini oxudum. Bu fikirlərlə qətiyyən razı deyiləm. Qurultayda Əjdər bəyin oğlu Babək seçildi, özü isə imtina etdi. Bundan sonra belə fikirlər səsləndirməsinin səbəbini anlaya bilmirəm. DAK güclənir, qurultayda iştirak edənlər arasında ölkənin tanınmış ziyalıları, siyasətçilər, uzun müddət təşkilatda təmsil olunan üzvlər vardı. Bütün müzakirələr açıq aparıldı, hər kəsə öz fikrini bildirməyə şərait yaradıldı. Bu cür açıq müzakirələrdən sonra belə ittihamların səbəbini anlaya bilmirəm”.

İnterpress.az