İnterpress.az xəbər verir ki, DAK həmsədrləri konqresin nizamnaməsinə və İdarə Heyətinin 19 aprel 2015-ci il tarixli iclasının qərarına əsasən professor Abuzər Bağırovu həmsədrlərin birinci müavini, AMEA-nın elmi işçisi Yasəmən Qaraqoyunlunu DAK-ın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Siyavuş Mustafayevi Qarabağ məsələsi, Xəzər Emini mədəniyyət məsələləri üzrə müşavir təyin edib.
İsmayıl Ağayev Azərbaycan, professor Əkrəm Fevzi Tərzi oğlu İraq, Orhan Çiftçi Avstriya, Əhməd Qeybi Avstraliya, Fərzalı Şərifov Tacikistan, Nail Əhməd Polşa, Sərraf Kərimov Tatarıstan, Esmira Mədətova ABŞ, Esmira Əsədova Kanada, Tursunay Türksoy Doğu Türküstan (Çin), Mətin Çapan Türkiyə, Leyli Rəşidli Fransa, Səməndər Mehdiyev Qərbi Azərbaycan (indiki Ermənistan) nümayəndəliyinin başçısı, Eldar Qaradağlı Avropa üzrə təmsilçi təyin olunub. Yaxın günlərdə digər ölkələr üzrə nümayəndələr də təyin ediləcək.
DAK-ın tərkibində Dərbənd, Borçalı, Güney Azərbaycan, Qarabağ və Qərbi Azərbaycan departamentləri yaradılıb.
DAK-ın Nəzarət Təftiş Komissiyasının iclasında Şəhruz Cənğcu (Güney Azərbaycan) NTK sədri seçilib.
İnterpress.az