“”Altılıq” ölkələri ilə saziş iyunun 30-dək imzalana bilər”backend

“”Altılıq” ölkələri ilə saziş iyunun 30-dək imzalana bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İran xarici işlər nazirinin müavini Abbas Əraqçı bəyan edib.

Tərəflər arasında bir sıra məsələlərlə bağlı ziddiyyətlərin olduğunu deyən diplomat İranla “altılıq” ölkələrinin müvafiq sənədin vahid razılaşdırılmış mətnini hazırlamağa cəhd etdiyini diqqətə çatdırıb.

“Düşünürük ki, sonuncu tarixədək bunu edə bilərik”, – deyə o vurğulayıb.

Diplomat onu da əlavə edib ki, tərəflər Nyu-Yorkda yekun sənədin ilkin variantını hazırlayıblar.

Qeyd edək ki, bu gün Vyanada A. Əraqçının rəhbərlik etdiyi nümayəndə heyəti ilə “altılıq” ölkələri təmsilçilərinin görüşü keçiriləcək.

İnterpress.az