Fransalı senator Ermənistanı “işğalçı” adlandırdıbackend

Fransalı senator Ermənistanı “işğalçı” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri, senator Natali Qule (Nathalie Goulet) “Le Huffington Post” qəzetindəki yazısında bildirib.

O, iyun ayında Azərbaycanda keçiriləcək Avropa Oyunlarına diqqət çəkərək bunun Azərbaycanı mənfi çalarda təqdim edən insanların həqiqəti görməsi üçün əsl fürsət olduğunu deyib: “Azərbaycanın, həmçinin, nasizmə qarşı mübarizədə böyük rolu olub. Bu yaxınlarda İkinci Dünya müharibəsinin 70 illiyi qeyd olundu. Azərbaycan böyük döyüşçü kontingenti ilə bu müharibəyə qatılıb. Azərbaycan 20 ildir, torpaqlarının 20 faizinin işğalından əziyyət çəkir. Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. Bu ərazilərdə beynəlxalq hüquq pozulur. Ötən həftə Fransa bir daha Azərbaycanın ərzi bütövlüyünü dəstəklədiyini bəyan edib”.

N. Qule qeyd edib ki, Azərbaycan Qafqazda terror və təhlükəsizlikdə mübarizədə strateji tərəfdaşdır: \”Lakin bizim bu tərəfdaşımıza pis münasibət göstərirlər. Bu ölkə İslam Əməkdaşlıq Təşkilatının üzvü olaraq İsraillə də diplomatik və iqtisadi əlaqələrini davam etdirir. Dağlıq Qarabağ münaqişəsinin Avropa dəyərlərinə uyğun həllinə səy göstərir. Bizim qısqanc cəmiyyətimiz öz prizmasından fikir bildirmək xaricində başqa tədbir görmək gücündə deyil. Əgər hansısa təmənnasız akt varsa, onda qarşılığında kompensasiya gözləyir. Azərbaycan təbii ki, demokratiya sahəsində bir çox nailiyyətlər əldə edib, ancaq o regionda təkdir? Bizi əhatə edən bu dünyada təkdir? Bu qədər nifrətin səbəbi nədir? Niyə jurnalistlər hesab edir ki, izah olmadan, heç bir arqument göstərilmədən tənqid edə bilərlər”.

Fransa parlamentinin üzvü Azərbaycanın dostu olduğunu bəyan edib: “Kim Azərbaycanın dostudursa, deməli, o satılıb. Ancaq belə deyil. Mən bu ölkənin dostuyam. Mən buranın insanlarını tanıyıram. Mən Ermənistanın işğalı nəticəsində torpaqlarından didərgin düşmüş insanlarla işləmişəm. Bakının cazibədar həyatından uzaq olan bu yüz minlərlə insan prezidentin ərazi bütövlüyü siyasətini dəstəkləyir”.

İnterpress.az