Sumqayıtda şəhid ailələri yolu bağladılarbackend

Sumqayıtda şəhid ailələri yolu bağladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşların yolu bağlamalarına səbəb evlərinin sökülməsinə etiraz etmələridir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Ayaz İmaməliyev Modern.az saytına açıqlamasında məsələyə aydınlıq gətirib.

O qeyd edib ki, Sumqayıtda yolu kəsən qadınlar Qubadlı və Zəngilan rayonlarından olan məcburi köçkün ailələridir:

“Onlar “Beton zavod” adlanan qeyri-yaşayış sahəsində məskunlaşıblar. Həmin tikili fərdi şəxs tərəfindən özəlləşdirilib. Yaşanan problem onlar arasındadır. Yəni şəxs həmin yerdə tikinti aparmaq istəyir, köçkünlər isə gedəcək yerləri olmadığından etiraz edirlər”.

Sektor müdiri bildirib ki, məlum olaydan sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti dərhal hadisəyə müdaxilə edib:

“Sumqayıt Şəhər İcra Hakimiyyətinin müdaxiləsindən sonra sahibkar və köçkünlər razılığa gəlib. Söküntü müvəqqəti dayandırılıb. Çünki insanları o şəkildə evsiz qoymaq olmaz. Məcburi köçkünlər sığınacaq veriləcəyi təqdirdə həmin yeri tərk etməyə razıdırlar.

Vətəndaşa da bildirilib ki, köçkünləri müəyyən yerə yerləşdirdikdən sonra tikinti aparıla bilər. Buna baxmayaraq, nəzərə almaq lazımdır ki, ərazi vətəndaşın şəxsi mülküdür”.

İnterpress.az