ABŞ və Türkiyənin “sarışın” qalmaqalı yeni məcradabackend

ABŞ və Türkiyənin “sarışın” qalmaqalı yeni məcrada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO toplantısı üçün Türkiyəyə getməyi planlaşdıran Harfedən Melih Gökçəklə görüşüb görüşməyəcəyi soruşulub. Gökçekin \”sarışın\” dediyi Harf sualı belə cavablandırıb: \”NATO toplantısı üçün gəlirəm. Səviyyələr fərqli …\”

Bu polemika Ankara Böyükşəhər Bələdiyyə başqanı Melih Gökçəkin yazdığı tweet ilə başlayıb. Gökçek Baltimordaki polis şiddətindən bəhs edərək Harfa xitabən “Haydi, sarışın, cavab versənə. Come on blonde answer now “ deyə yazıb.

\”Şərəfləndirməyi düşünmürəm\”

Harf da mətbuat konfransında \”Onun sözlərinə cavab verib, şərəfləndirməyi düşünmürəm\” deyib.
ABŞ-ın Ankara səfirliyi də Gökçəkin \”sarışın\” sözünə cavab olaraq, \”hamımız sarışınıq\” kampaniyası başladıb. ABŞ səfiri John Bass də fotoşopla saçlarının saraltdığı bir fotoşəkili sosial şəbəkədə paylaşaraq, kampaniyaya qatılıb.

\”Səviyyə fərqli…\”

Marie Harf sabah Antaliyada baş tutacaq NATO yığıncağına qatılacaq. ABŞ xarici işlər naziri Con Kerri ilə bərabər Türkiyəyə gəlməyə hazırlaşan Harfə Gökçəklə yaşadığı \”sarışın\” polemikası xatırladılaraq, \”Özüylə görüşəşəksinizmi?\” sualı verilib.

O isə cavabında \”Hələ də bu mövzuyla maraqlananların olması mənim üçün sürpriz oldu\” deyərək fikrini belə yekunlaşdırıb: \”Açığı, görüşəcəyimizi sanmıram. NATO müttəfiqlərimiz ilə görüşmək üçün gedirik. Ankara Bələdiyyə sədrinin bu danışıqların bir hissəsi olduğunu düşünmürəm. Fərqli səviyyələrdir\”.

İnterpress.az