Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident Administrasiyası tərəfindən görüşdə iştirak üçün dəvət edilib.
Partiyadan verilən məlumata görə, dəvətlə bağlı rəhbərlikdə müzakirələr aparıldıqdan sonra rəsmi cavab veriləcək.
Musavat.com-a danışan başqan Arif Hacılı bunları deyib:
“Mayın 12-də mənə Prezident Adminstrasiyasından zəng gəldi və rəhbər şəxslər bildirdilər ki, iqtidar-müxalifət görüşü baş tutacaq. Məni də həmin görüşdə iştirak üçün dəvət etdilər. Mən dəvətə görə təşəkkürümü bildirərək məsələnin partiya strukturlarında müzakirə edildikdən sonra qərar veriləcəyini bildirdim. Bu gün (13 may-red), ya sabah Müsavat Partiyasının məsələ ilə bağlı mövqeyi açıqlanacaq”.
İnterpress.az