Cənubi Azərbaycanda sensasion araşdırma : Qan qruplarının xərçəng riskibackend

Cənubi Azərbaycanda sensasion araşdırma : Qan qruplarının xərçəng riski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, araşdırmanı Amerika Milli Sağlamlıq İnstitutunda doktor Araş Etemadi aparıb. Etemadinin araşdırması Cənubi Azərbaycanda 55 min nəfəri əhatə edib. İlkin nəticələr göstərib ki, müəyyən xəstəliklərdən ölüm halları 1-ci qan qrupuna sahib olmayanlarda 9% daha çoxdur.
Araşdırma zamanı qan qrupu ilə mədə xərçəngi arasındakı əlaqə də tapılıb. Nəticələrdə 2, 3 və 4-cü qrup qan daşıyanların 1-ci qrup qan sahiblərinə nisbətdə 55 % daha çox mədə xərçənginə tutulduğu ortaya çıxıb.

Ancaq bu vəziyyət 1 qrup qan daşıyıcılarının xəstəlik riski daşımadığı anlamına gəlməz. Qidalanma, idman kimi bir sıra əhəmiyyətli vərdişlər də vacibdir, lakin qan qrupu 1 olanların bir çox ciddi xəstəliyə tutulma riski daha aşağıdır.

Xərçəngə qarşı şanslı qan qrupu isə 1-ci qan qrupudur.

“D\’Adamo”nun araşdırmalarına görə xərçəng və qan qrupları arasındakı əlaqə belədir:

Döş xərçəngi

Bu xərçəng növünə tutulan qadınlar ilə əlaqədar aparılan araşdırmaların nəticələrində 1 və 3-cü qan qrupu daşıyıcılarının müalicəyə daha sürətli cavab verdiyi və daha sürətli yaxşılaşdığı müşahidə edilib.

Beyin şişləri

Bir çox beyin və sinir sistemi xərçəngləri 2 və 4-cü qan qruplarını seçir.

Rəhm xərçəngi

Bu xərçəng növü də 2 və 4-cu qrupları seçir, ancaq bu xəstəliklərə tutulan 3-cü qrup qan sahibləri olan qadınların sayı da yüksəkdir.

Bağırsaq xərçəngi

Bu xərçəng növlərində qan qrupu əsas təyinedici rol oynamır. Bağırsaq xərçənginə gətirib çıxaran ən əhəmiyyətli faktorlar pəhriz, həyat tərzi və gərginlikdir.

Həzm yolu xərçəngi

Dodaq, dil, yanaq, diş əti, yemək borusu xərçəngləri ilə tüpürcək vəzilərindəki şişlər 2 və 4-cü qan qrupları ilə çox yaxın əlaqəlidir. Bu xərçənglərin çoxu öz-özünə meydana gələr, lakin siqareti buraxıb, spirtli işkiləri azaltmaq və pəhrizə diqqət etmək bu riski azaldır.

Mədə xərçəngi

Üzərində araşdırma aparılmış 63 min hadisədə mədə xərçənginin 2 və 4-cü qan qruplarındakı aşağı mədəçik turşusu ilə yaxından əlaqəli olduğu ortaya çıxıb.

Pankreas xərçəngi

Pankreas, qaraciyər, öd kisəsi və öd yolu xərçəngi dayanıqlı həzm sisteminə sahib olan 1-ci qan qruplarında nadir görülür. 2 və 4-cü qan qrupları yenə ən çox risk altında olanlardır. 3-cü qan qrupları əgər onlar üçün təhlükəli olan qabıqlı yeməkləri yesələr, bu xərçəng növlərinə tutula bilər.

Limfa və leykoz

Bu xərçəng forması 1-ci qan qrupunun meylli olduğu növdür. Qan və limfada inkişaf edən bu xərçəng növü 1-ci qan qrupunu seçir.

Dəri və sümük

Dəri xərçəngi də ən çox 1-ci qrupun tutulduğu xərçəng növüdür. Xəbis melanom dəri xərçənginin ən öldürücü formasıdır. Bu vəziyyətə qarşı 1 və 3-cü qrup qan sahibləri dözümlü deyillər.

Sidik kisəsi xərçəngi

Bu xərçəng ən çox 2 və 3-cü qruplarda müşahidə olunur. Həm 2, həm də 3-cü qrupun xarakterini daşıyan 4-cü qrup isə böyük ehtimalla ən yüksək riski daşıyan qrupdur.

İnterpress.az