Səbaildə 20 yaşlı qız, Qaradağda 24 yaşlı qadın itkin düşübbackend

Səbaildə 20 yaşlı qız, Qaradağda 24 yaşlı qadın itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Mürsəl Gözəlov bölməyə ərizə ilə müraciət edib.

Kişi ərizəsində bildirib ki, qızı 1995-ci il təvəllüdlü Ulduz Gözəlova itkin düşüb. O, bildirib ki, qızı mayın 12-də Elçin Əzizov küçəsində yaşadığı mənzildən çıxıb və geri qayıtmayıb.

Bundan başqa, paytaxtın Qaradağ rayonunda 24 yaşlı qadın itkin düşüb. Qaradağ rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Müşviqabad qəsəbəsinə yaşayan 1991-ci il təvəllüdlü Mələk Telman qızı Hüseynova yoxa çıxıb. Bu barədə qadının həyat yoldaşı Rauf Hüseynov ərizə ilə polisə müraciət edib. Kişi bildirib ki, həyat yoldaşı evdən çörək admaq adı ilə çıxıb və geri qayıtmayıb.

Hər iki faktla bağlı polis axtarışlara başlayıb.

İnterpress.az