“Azərbaycan bu təzyiqlərə qarşı müqavimət göstərməlidir”backend

“Azərbaycan bu təzyiqlərə qarşı müqavimət göstərməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.

Qeyd edək ki, “Human Rights Watch” (HRW) və Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin 17 üzvünə müraciət edərək, onları Azərbaycan hökumətinə təzyiq etməyə çağırıb.

R. Musabəyov isə bu çağırışa münasibət bildirərək deyib ki, bu çağırışa reaksiya vermək AOK-un siyasiləşməsi demək olardı: “Human Rights Watch” və bu kimi təşkilatların indiki dövrdə Azərbaycanla fəallığı təsadüfi deyil, çünki I Avropa Oyunları ilə əlaqədar Azərbaycana diqqət artıb. Bütün bu təşkilatlar Azərbaycana dünyada artan diqqətdən həm də öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Çin, Braziliya və digər ölkələrdə də olimpiadalar keçiriləndə bu təşkilatlar yaranan imkandan istifadəyə etməyə çalışıblar. Buna qarşı sadəcə səbirli olmaq lazımdır”.

Millət vəkili Fazil Mustafa APA-ya açıqlamasında bildirib ki, bu, idmanın siyasətə qarışdırılması istiqamətində nəzərdə tutulan təzyiqlərdir: \”Əlbəttə, heç kim siyasi və ya peşə motivi ilə həbslərin tərəfdarı deyil. Amma bunun idmanla, Avropa Oyunları ilə nə əlaqəsi var? Rusiyada Qış Olimpiyada Oyunları keçirildi, bu ölkədən nəyisə tələb edə bildilərmi, yaxud hansısa addım atıldımı? İdmanı siyasətə qatmadılar. Belə olan halda indiki vəziyyətdə Azərbaycanla bağlı bu addımlar birbaşa təzyiqdir. İndi həbsdə olanlar olmasa belə, bu məsələni yenə gündəmə gətirəcəklər. Ona görə də biz öz işimizə baxmalı, tədbirimizi yüksək səviyyədə keçirərək daha çox dünyaya göstərməliyik ki, Azərbaycan belə geniş miqyaslı tədbirləri keçirməyə haqqı çatan ölkədir\”.

Millət vəkili deyib ki, ölkə daxilində, yaxud hüquq sistemində müəyyən nöqsanlar varsa, bunlar aradan qaldırılmalıdır: \” Amma bunu təzyiqlə, kiminsə diktəsi ilə etməyə, idman oyunlarını bəhanə edərək Azərbaycana qarşı kampaniyaya çevrilməsinə yol vermək olmaz. İnsanlar da ümidlənməməlidirlər ki, guya onlar bizim xeyrimizə hansısa addımları atmağı düşünürlər. Həmin qurumlar eyni şeyi Ermənistana qarşı etməyi heç vaxt düşünməyiblər. Həmin qurumlar Ermənistanda prezident seçkilərində öldürülən adamlarla bağlı belə sərt tələblər qoymurdular. Ona görə də bizim mövqeyimiz belədir ki, Azərbaycan bu təzyiqlərə qarşı müqavimət göstərməlidir ”. (apa)

İnterpress.az