Bakı-Qazax magistral yolunda maşın aşıb, yaralılar varbackend

Bakı-Qazax magistral yolunda maşın aşıb, yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə mayın 15-də saat 07 radələrində magistral yolun Göygöl rayonunun Hacıməlik kəndindən keçən hissəsində qeydə alınıb. Qaradağ rayon sakini, 1965-ci il təvəllüdlü Çingiz Hüseynov idarə etdiyi “Reno” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşını yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər, 1964-cü il təvəllüdlü Ənvər İbrahimov, 1977-ci il təvəllüdlü Mahir Quliyev, 1996-cı il təvəllüdlü Emin İbrahimov və 1965-ci il təvəllüdlü Əjdər Mirzalıyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Onlarda Ə. Mirzalıyevin vəziyyətinin ağır, digərlərinin vəziyyətinin isə orta-ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. ( apa )

İnterpress.az