Əli Həsənov iqtidar-müxalifət danışığının detallarını açıqladıbackend

Əli Həsənov iqtidar-müxalifət danışığının detallarını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu mayın 15-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən iqtidar-müxalifət dialoqunun nəticələrini jurnalistlərə şərh edərkən iqtidar tərəfinin təmsilçisi, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, 2 saat yarım məhsuldar görüş keçirilib: \”Keçən dəfəki görüşlərdən fərqli olaraq, bu dəfə gündəmə hamının razılığı ilə müzakirə olunan əsas məsələlərlə yanaşı, cari məsələləri də daxil etdik. Bununla biz hörmətli partiya sədlərinə imkan yaratdıq ki, təkcə müzakirəyə çıxarılan məsələlər ətrafında fikirlərini bildirməsinlər, o cümlədən onların təmsil etdiyi siyasi tərəfdaşları narahat edən və Azərbaycan cəmiyyətində olan digər məsələləri gündəmə çıxarıb hakimiyyət nümayəndəsi ilə müzakirə etmək imkanına malik olsunlar. Belə də oldu.

Bu gün gündəmin əsas məsələsi Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi, təşkili və digər məsələlər idisə, cari məsələlərlə də bağlı bir neçə məsələlər qaldırıldı. Partiya sədrlərinin bəziləri ötən görüşlərdə müzakirə edilən məsələləri təkrar qaldırdılar. Bir neçə məhbusun azad edilməsi ilə bağlı onlar birinci və ikinci görüşdə məsələ qaldırmışdılar, həmin məsələni bir də gündəmə gətirdilər və ölkə başçısına onların əfvi ilə bağlı müraciətlərinin təkrar çatdırılmasını xahiş etdilər\”.

Ə.Həsənov bildirib ki, görüşdə eyni zamanda, Azərbaycan cəmiyyətini, siyasi partiyaları narahat edən digər məsələləri, ictimai-siyasi proseslərədə iştirak, partiyaların maddi təminat, qərargahla təmin edilməsi, sosial problemlərin Azərbaycan cəmiyyətindəki bugünkü müzakirəsi, bank kreditlərindən tutmuş siyasi plüralizmədək çox mühüm məsələlər də qaldırıldı: \”Onların bəzilərinə dərhal münasibət bildirildi. Bəziləri ətrafında isə sonrakı görüşlərdə də fikir mübadiləsinin aparılması qərara alındı. Bu gün müzakirəyə çıxarılan əsas məsələ ilə bağlı fikir ondan ibarət oldu ki, ilk Avropa Oyunları Azərbaycan dövlətinə və xalqına lazımdır. Keçirilən bu tədbir imkan verir ki, özünü, mədəniyyətini, mövcud milli-mənəvi dəyərlərini, Azərbaycan xalqının yaşam tərzini, ölkənin tolerantlıq, ictimai-siyasi vəziyyətini, regiondakı mövqelərini və s. dünyaya çatdırmaq istədiyi mesajları bu idman yarışlarından istifadə edib iştirak edəcək nümayəndələrə, jurnalsitlərə və onların vasitəsilə dünya ictimiayyətinə çatdırsınlar. O cümlədən, ümumi fikir olaraq bildirildi ki, ilk Avropa Oyunları Azərbaycan dövlətinə həmçinin özünün idman strukturlarını genişləndirməyə, idman resurslarını artırmağa, idman ölkəsi kimi lazımi infrastruktur siyasətini həyata keçirməyə və gələcəkdə daha böyük olimpiya oyunlarına ev sahibliyi etmək iddiasını ortaya qoymağa imkan verdi\”.

Sonra Ə.Həsənov deyib ki, bu yarışlar Azərbaycan üçün məqsəd yox, vasitədir: \”Vasitə də o istiqamətə yönəldilməlidir ki, Azərbaycanın problemlərini dünyaya anladaq, reallıqlarını, əleyhdarlarımızın neçə illərdir antiazərbaycan təbliğatı formalaşdırdığı trafaretləri sındıraq, Azərbaycan gerçəkliklərini, xalqının mədəniyyətini, tarixini, sivilizasiya dəyərlərini dünyaya çatdıraq. Ümumən bugünkü görüşdə bu məsələlər müzakirə olundu. Əlbəttə, siyasi partiya rəhbərlərinin fərqli çıxışları oldu. Bizim razılaşıb, razılaşmadığımız məsələlər də oldu\”.

Görüş üçün partiya rəhbərlərinə təşəkkür edən Ə.Həsənov vurğulayıb ki, bu dialoqun, görüşün alternativi yoxdur. O bildirib ki, siyasi partiyalar Azərbaycan cəmiyyətinin aparıcı institutlarıdır: \”Azərbaycan cəmiyyətində baş verən, proqnozlaşdırılan, baş verməsi ehtimal edilən bütün məsələlərə onların münasibətini dinləmək bizə, hakimiyyətə də lazımdır. Azərbaycan Prezidenti belə düşünür ki, cəmiyyətdə bütün məsələlər ətrafında konsensus olmalıdır. Azərbaycan xalqı dövlətin, prezidentin siyasətini dəstəklədiyi kimi, siyasi partiyalar imkana malik olmalıdır ki, bu yürüdülən siyasəti təqib etsinlər, opponentlik etsinlər və bizim çatışmazlıqlarımızı ortaya çıxarsınlar\”.

Müsavat Partiyasının \”Şərq tərəfdaşlığı məsələsi müzakirəyə çıxarılsa, görüşə qatıla bilərik\” fikrinə münasibət bildirərkən Ə.Həsənov qeyd edib ki, əlbəttə ki, bu məsələ müzakirəyə çıxarılacaq: \”Biz bu tədbirlərin gündəmini siyasi partiyalardan gələn təkliflər əsasında müəyyən edirik. Partiyalardan gələn təkliflər hansı məsələni gündəmə gətirirsə, onu da müzakirəyə çıxarırıq. Qaldı ki, Müsavat Partiyasının imkanı var ki, carı məsələlər bölümündə bu məsələni qaldırsın. Artıq gündəmə çıxardığımız məsələlərlə yanaşı, carı məsələlər bölümündə partiyaların burada təklif etdiyi məsələləri də müzakirəyə çıxaracağıq\”. ( trend.az )

İnterpress.az