İş adamı Hollandiyanın “Heesen Yachts” gəmiqayırma şirkətini satın alıb. Sürətli okean yaxtaları düzəldən “Heesen Yachts” dünyanın 5 ən böyük gəmiqayırma şirkətlərindən sayılır.
1978-ci ildə Hollandiyanın Oss limanında əsas qoyulan “Heesen Yachts” adətən kütləvi istehsalla deyil, yalnız fərdi sifarişlər əsasında yaxtalar hazırlayır. Həmin yaxtaların əsas özəlliyi onların aliminiumdan hazırlanmalarıdır. Bu onlara möhkəmlik və suda sürətlə hərəkət etmək üstünlüyü verir.
Ekspertlər “Hessen Yachts”ın götürdüyü sifarişlərdə yaxtanın uzunluğunun ən azı 30 metr olduğunu və gəminin içinin individual dizaynla tərtib edildiyini söyləyirlər.
İnterpress.az